İranlı müşavir İsraillə münasibətləri normallaşdırmaq istəyənləri “xəbərdar” edib

İranlı müşavir İsraillə münasibətləri normallaşdırmaq istəyənləri “xəbərdar” edib
  10 Oktyabr 2023    Oxunub:1014
Yaxın Şərqdə son günlər yaşanan müharibə fonunda Tehran bəzi ərəb ölkələrinin Təl-Əvivlə münasibətləri tənzimləmək müstəvisində göstərdiyi səyləri özünə qarşı təhdid kimi qiymətləndirir.
AzVision.az xəbər verir ki, İranın sabiq Xarici İşlər naziri, hazırda isə İran liderinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti Suriyanın Xarici İşlər naziri ilə telefon danışığında İsraillə münasibətləri normallaşdırmaq istəyənlərin hazırki hadisələrdən “nəticə” çıxarmalı olduqlarını bildirib.

“Biz regiondakı bəzi hökumətlərə xəbərdarlıq edirik ki, onların yolu ilə gedən və indi müqavimət cəbhəsinə cavab verə bilməyən ölkələrin taleyindən dərs alsınlar. Yaxın Şərqin həssas bölgəsində keçidlərin yaradılması region və müharibə edən xalqların əmniyyətini təhlükə altına salır”, - Vilayəti deyib.

Vilayəti heç bir ölkənin adını çəkməsə də, İran rəsmilərinin İsraillə münasibətlərin normallaşmasını tənqid edən son bəyanatları məhz Səudiyyə Ərəbistanının ünvanına xəbərdarlıq kimi qəbul olunub.
AzVision.az


Teqlər: İran   Səudiyyə  





Xəbər lenti