İsrail HƏMAS-a qarşı genişmiqyaslı hücuma başladı

   İsrail HƏMAS-a qarşı genişmiqyaslı hücuma başladı
  10 Oktyabr 2023    Oxunub:1226
İsrail Müdafiə Qüvvələri Qəzza zolağında HƏMAS-ın hədəflərinə qarşı genişmiqyaslı hücuma başlayıb.
İsrail ordusuna məxsus döyüş təyyarələri Qəzza zolağı boyunca HƏMAS terror təşkilatının bir sıra hədəflərinə, hərbi birləşmə ilə yanaşı, silah anbarlarına da zərbələr endiriblər.

Bundan başqa, İsrail HƏMAS qruplaşmasının 500-dən çox silahlısını əsir götürüb. Eyni zamanda ölkədə zərərsizləşdirilmiş 1500 silahlının meyiti müəyyənləşib.

Qeyd edək ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Nəticədə 900-dən çox adam ölüb, 2 616 nəfər yaralanıb. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını bildirib.

AzVision.az


Teqlər:





Xəbər lenti