İran universitetlərində müəllim-tələbə heyətinə təzyiqlər davam edir

İran universitetlərində müəllim-tələbə heyətinə təzyiqlər davam edir
  10 Oktyabr 2023    Oxunub:1045
Professorların “işinin dayandırılması” və “işdən qovulması” dalğasının davamı olaraq Tehran universitetində və digər ali məktəblərdə müəllim-tələbə heyətinə qarşı təqib siyasəti həyata keçirilir.
AzVision.az Birləşmiş Tələbələr kanalına istinadən xəbər verir ki, Tehran universitetinin Mədən mühəndisliyi fakültəsinin professoru və islahatçı simalardan biri Əli Əsğər Xodayariyə müəllimlik fəaliyyəti qadağan edilib. Məhəmməd Hatəmi hökumətində Elm nazirliyinin rəsmilərindən olmuş Xodayari öz Tvitter səhifəsindəki paylaşımda bu xəbəri təsdiqləyib.

“Tehran universitetinin Dağ-mədən mühəndisliyi fakültəsinin rəhbəri mənə zəng edərək dedi ki, daha yüksək təşkilati orqan adından kursumu öyrətmək üçün başqa şəxs seçilib və artıq dərsdə iştirakıma icazəm yoxdur. Keçən həftə fakültənin dekanı bildirdi, fakültə mənim dərslərimi davam etdirmək istəsə də, mənimlə əlaqəni kəsmək üçün universitetin təzyiqi altındadır”, - professor yazıb.

Şərif universitetinin tələbə fəalları isə bu ali məktəbin bəzi kitabxanalarında cinsi ayrı-seçkiliyin həyata keçirilməsinə etiraz etdiklərini bildiriblər. Bəzi tələbələr universitet şəhərciyində etiraz əlyazmaları yerləşdiriblər.

İranın tələbə həmkarlar ittifaqı şuralarının yaydığı hesabatda yeni tədris ilinin açılmasından sonra universitet rəhbərlərinin “məcburi hicaba” əməl etməyən tələbələrlə yanaşı, etirazçı tələbələrə də “yataqxanadan məhrumetmə”ni təzyiq vasitəsinə çevirdikləri vurğulanlır.

Kərəc şəhərinin Xarəzmi universitetinin 15 tələbəsinin hicabla bağlı təhlükəsizlik hesabatı ilə intizam komitəsinə çağırıldığı və onların “yataqxananı boşaltması haqqında əmr” verdiyi bildirilir.
AzVision.az


Teqlər: İran   universitetlər  





Xəbər lenti