ABŞ ordusunun Baş qərargah rəisi İrana xəbərdarlıq edib

ABŞ ordusunun Baş qərargah rəisi İrana xəbərdarlıq edib
  10 Oktyabr 2023    Oxunub:1123
ABŞ-nin Qərargah rəislərinin Birşəşmiş komitəsinin sədri general Çarlz Braun israilli həmkarı Herzi Halevi ilə söhbətində İranın mümkün hücumlarına qarşı Vaşinqtonun İsraili müdafiə edəcəyinə söz verib.
AzVision.az xəbər verir ki, general Braun bir neçə saat əvvəl İsraillə HƏMAS arasındakı müharibəyə mümkün müdaxilədən uzaq durması barədə İrana xəbərdarlıq edib. Jurnalistlərin HƏMAS-la İsrail arasında gedən müharibə şəraitində İrana hansı mesajı olduğu ilə bağlı sualına general “qarışmayın” cavabını verib.

“Bizim çox aydın mesajımız var. Biz bu münaqişənin yayılmasını istəmirik və İranın bu mesajı aydın şəkildə alması vacibdir”, - Braun deyib .
AzVision.az


Teqlər: İran   ABŞ  





Xəbər lenti