Borrell İsrail və Fələstinin xarici işlər nazirlərini görüşə çağırdı

   Borrell İsrail və Fələstinin xarici işlər nazirlərini görüşə çağırdı
  10 Oktyabr 2023    Oxunub:1178
Avropa diplomatiyasının rəhbəri Cozep Borrell İsrail və Fələstinin xarici işlər nazirlərini Yaxın Şərqdəki vəziyyətlə bağlı Avropa xarici işlər nazirlərinin fövqəladə iclasına qoşulmağa dəvət edib.
Bu barədə o, X sosial şəbəkəsində məlumat verib.

"İsrailin xarici işlər naziri Eli Koeni bu gün ev sahibliyi etdiyim xarici işlər nazirlərinin toplantısına qoşulmağa çağırdım. Həmçinin Fələstin Milli Administrasiyasının nöqteyi-nəzərini təqdim etmək üçün Fələstin naziri Riyad əl-Malikini də görüşdə çıxış etməyə dəvət etdim".

Bundan əvvəl Omanda səfərdə olan Borrell Yaxın Şərqdə vəziyyətin gərginləşməsini müzakirə etmək üçün Aİ Xarici İşlər Nazirlərinin fövqəladə Şurasının çağırılacağını açıqlamışdı.

Qeyd edək ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Nəticədə 900-dən çox adam ölüb, 2 616 nəfər yaralanıb. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını bildirib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti