120-dən çox fəal həkim Yaser Rəhmani Radın dərhal azadlığa buraxılmasını tələb edib

120-dən çox fəal həkim Yaser Rəhmani Radın dərhal azadlığa buraxılmasını tələb edib
  10 Oktyabr 2023    Oxunub:916
İranda 120-dən çox mülki fəal, hüquqşünas, və həkim ötənilki etiraz aksiyalarında yaralananları müalicə edən doktor Yaser Rəhmani Radın dərhal və qeyd-şərtsiz azadlığa buraxılması tələbini qoyan bəyanat yayıb.
AzVision.az xəbər verir ki, bu bəyanatı imzalayanlar İranın hakimiyyət orqanlarından Luristan SEPAH Kəşfiyyat İdarəsinin nəzarəti altında olan Yaser Rəhmani Rada qarşı “qeyri-qanuni və qeyri-insani davranışları dərhal dayandırmağı” tələb ediblər.

Onlar BMT-nin İran üzrə Müstəqil Fakt Araşdırma qrupundan Yaser Rəhmani Radın işini araşdırmağı, həmçinin onun dərhal azad olunması üçün beynəlxalq tibb təşkilatlarından ictimai çağırışda birləşməyi xahiş ediblər.

Keçən ilin dekabrında Yaser Rəhmani-Rad, psixiatr Behnam Övhədi və əməliyyat otağı texniki işçisi Hümayun İftixaryanniya ilə birlikdə nümayişlərdə yaralananlara kömək etmək üçün Məhabad şəhərinə gedərkən saxlanılmış və 46 günlük “həbs və işgəncə”dən sonra zaminə buraxılmışdı.

Bu il avqustun 5-də Rəhmani Rad göz zədələri ilə bağlı qeydin dərc olunması ilə bağlı, əvvəlki çağırış əsasında Luristanın Baş və İnqilab Prokurorluğunun üçüncü istintaq şöbəsinə çağırılaraq yenidən həbs edilib.
AzVision.az


Teqlər: İran   həkim  





Xəbər lenti