Con Kirbi: Sübut olmasa da, İran cinayətə şərikdir

      Con Kirbi:    Sübut olmasa da, İran cinayətə şərikdir
  10 Oktyabr 2023    Oxunub:960
İsraillə HƏMAS arasında gedən müharibədə kənar qüvvələrin bu və ya digər şəkildə iştirakı barədə müxtəlif ehtimallar səsləndirilsə də, hələlik bununla bağlı dəqiq məlumatlar açıqlanmır. Bununla belə, Qərbin bəzi rəsmiləri vəziyyətin bu nöqtəyə gəlib çatmasında Tehranın günahı olduğunu iddia edirlər.
AzVision.az xəbər verir ki, Ağ Evin Milli Təhlükəsizlik şurasının sözçüsü Con Kirbi Fələstinin islamçı HƏMAS qruplaşmasının İsrailə qarşı hücumlarında İranın birbaşa iştirakı ilə bağlı ABŞ-nin heç bir məlumatı və sübutu olmasa da, İranın bu cinayətə şərik olduğunu vurğulayıb.

“İran uzun müddətdir ki, HƏMAS-ı və bütün bölgədəki terror şəbəkələrini təlim və resurslarla təmin etməklə dəstəkləyir. Buna görə də İran bu məsələdə şərikdir, amma bu hücumlarla bağlı konkret sübutdan söhbət gedirsə, deməliyəm ki, yox, bizdə heç bir sübut yoxdur”, - Kirbi deyib.
AzVision.az


Teqlər: İran   Kirbi  





Xəbər lenti