“Nüvə İranına qarşı Alyans” İrandakı bazalara hərbi hücuma çağırıb

   “Nüvə İranına qarşı Alyans”    İrandakı bazalara hərbi hücuma çağırıb
  10 Oktyabr 2023    Oxunub:1112
“Nüvə İranına qarşı Alyans” qrupunun rəhbəri Cozef Liberman və bu təşkilatın baş direktoru Mark Uolles yaydıqları bəyanatda SEPAH-ın İrandakı mərkəzlərinə güclü hərbi hücuma çağırış ediblər.
AzVision.az xəbər verir ki, təşkilatın prezidenti və baş direktoru ABŞ hökumətini və onun müttəfiqlərini, habelə İsraili İrandakı hərbi obyektləri və kəşfiyyat mərkəzlərini, o cümlədən SEPAH bazalarını, raket və dron bazalarını hədəfə götürməyə səsləyib.

Onlar bu bəyanatda HƏMAS-ın İsrailə, Rusiyanın isə Ukraynaya hücum etmək üçün İranın dəstəl verdiyini vurğulayıblar.

“İranın hesab vermə vaxtıdır. İsrail HƏMAS-ı cəzalandırmaq, zəiflətmək və son nəticədə məhv etmək üçün çalışarkən, İsrailin dəhşətli hadisələrini mümkün edən kritik hərbi hədəflər İrandadır. İranın qarşısını almaqda bizim kollektiv uğursuzluğumuz dünyanı daha təhlükəli edib. İsraildə qadın və uşaqlar da daxil olmaqla günahsız insanların qətliamlarının və qaçırılmasının dəhşətli görüntülərində bunun şahidi oluruq”, - bəyanatda deyilir.
AzVision.az



Teqlər: İran   hücum  





Xəbər lenti