Almaniya HƏMAS-a qarşı istintaqa başladı

   Almaniya HƏMAS-a qarşı istintaqa başladı
  10 Oktyabr 2023    Oxunub:855
Almaniya Baş Prokurorluğu ötən həftə sonu İsrail ərazisinə hücum zamanı alman vətəndaşlarının öldürülməsi və qaçırılmasına görə Fələstinin radikal HƏMAS hərəkatı ilə bağlı araşdırmaya başlayıb. Bu barədə N12 xəbər verir.
“İsraildə ölən və oğurlanan çoxlu sayda alman turistlər və ya ikili İsrail və Almaniya vətəndaşlığı olan şəxslər olduğu üçün Almaniya Baş Prokurorluğu Alman vətəndaşlarının öldürülməsi və oğurlanması şübhəsi ilə HƏMAS-a qarşı istintaq başlatdı", -deyə bildirilir.

Qeyd edək ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Nəticədə 900-dən çox adam ölüb, 2 616 nəfər yaralanıb. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını bildirib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti