Rusiyadan Avropa İttifaqına qaz nəqli 65% azala bilər

   Rusiyadan Avropa İttifaqına qaz nəqli 65% azala bilər
  10 Oktyabr 2023    Oxunub:1135
2023-cü ildə Rusiyadan Avropa İttifaqına qaz nəqli 2022-ci illə müqayisədə 65% azalaraq 20-25 milyard kubmetr təşkil edə bilər.
AzVision.az xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin proqnozunda bildirilir.

BEA-nın məlumatına görə, 2022-ci ildə Rusiya qazının Avropa İttifaqına ixracı yarıdan çox azalıb - 60 milyard kubmetrə qədər. Bir il əvvəl isə ixrac təxminən 140 milyard kubmetr idi.

BEA Ukrayna üzərindən tranzit müqaviləsinin 2024-cü ildən sonra uzadılmayacağını güman edir. 2025-ci ildən Rusiyadan Aİ-yə ixrac 15,75 milyard kubmetr həcmində “Türk axını”nın yalnız bir xətti ilə həyata keçiriləcək.

2023-cü ilin doqquz ayı ərzində Rusiya boru kəməri qazının Avropa İttifaqına ixracı 70% azalaraq 17 milyard kubmetr təşkil edib. Üçüncü rübdə “Türk axını” ilə tədarükdə cüzi artım olub.

AzVision.az



Teqlər:





Xəbər lenti