Putin ABŞ-ı Yaxın Şərqdəki uğursuz siyasətə görə günahlandırıb

   Putin ABŞ-ı Yaxın Şərqdəki uğursuz siyasətə görə günahlandırıb
  10 Oktyabr 2023    Oxunub:1090
Rusiya prezidenti Vladimir Putin İsraildə vəziyyətin pisləşməsindən təəssüfləndiyini bildirib və bunu ABŞ-ın Yaxın Şərq siyasətinin uğursuzluğunun bariz nümunəsi adlandırıb
AzVision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Putin İraqın baş naziri Məhəmməd əl-Sudani ilə görüşün qlobal böhranlar fonunda keçirildiyini vurğulayıb.

"Bu, ABŞ-ın Yaxın Şərq siyasətinin iflasa uğramasının bariz nümunəsidir. Onlar nizamlanmanı monopoliyaya almağa çalışsalar da, hər iki tərəf üçün məqbul olacaq kompromislər tapmaqla maraqlanmadılar, əksinə, bunun necə ediləcəyi ilə bağlı öz fikirlərini irəli sürdülər, hər iki tərəfə təzyiq göstərdilər”, - Putin izah edib.

Eyni zamanda, Rusiya dövlət başçısı yerli Fələstin xalqının maraqlarının heç vaxt nəzərə alınmadığını qeyd edib.

“Mən ilk növbədə, müstəqil suveren Fələstin dövlətinin yaradılması ilə bağlı Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qərarlarının yerinə yetirilməsi zərurətini nəzərdə tuturam”, - Rusiya prezidenti yekunlaşdırıb.

AzVision.az


Teqlər:





Xəbər lenti