İsrail HƏMAS-ın iqtisadiyyat nazirini öldürdü

   İsrail HƏMAS-ın iqtisadiyyat nazirini öldürdü
  10 Oktyabr 2023    Oxunub:1341
İsrail Müdafiə Qüvvələri Qəzza zolağında HƏMAS-ın yüksək rütbəli rəsmisinə zərbə endirdiyini təsdiqləyib. Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, İsrail Müdafiə Qüvvələrinə məxsus təyyarə gecə Qəzza zolağında HƏMAS-ın iqtisadiyyat naziri Cavad Əbu Şamalanı məhv edib.

"O, öz vəzifəsinin bir hissəsi olaraq Qəzza zolağının daxilində və xaricində terrorizmin maliyyələşdirilməsini koordinasiya edib", - məlumatda deyilir.

Mətbuat xidməti həmçinin Əbu Şamalanın İsrail mülki əhalisinə qarşı yönəlmiş bir sıra əməliyyatlara rəhbərlik etdiyini də qeyd edib.

Həmas hələlik bu məlumatı şərh etməyib.

Şahanə Rəhimli


Teqlər:





Xəbər lenti