Ermənistan rəhbəri: “3+3” formatında görüşlər keçirməyə hazırıq”

   Ermənistan rəhbəri:    “3+3” formatında görüşlər keçirməyə hazırıq”
  10 Oktyabr 2023    Oxunub:1063
Ermənistan “3+3” formatında regional əməkdaşlıq platformasının iclaslarında iştirak etməyə hazırdır.
TASS-ın yaydığı məlumata görə bunu Ermənistanın baş naziri Nikol Paşinyan İctimai telekanala müsahibəsində deyib.

“Əlbəttə, biz hazırıq. Vaxtilə “3+3” formatında növbəti görüşün Tehranda keçirilməsi ilə bağlı razılıq əldə olunmuşdu”, - o vurğulayıb.

Qeyd edək ki, "3+3" formatına Azərbaycan, Ermənistan, İran, Rusiya, Gürcüstan və Türkiyə daxildir.
AzVision.az



Teqlər: Ermənistan  





Xəbər lenti