HƏMAS Baydenə etiraz edir

   HƏMAS Baydenə  etiraz edir
  11 Oktyabr 2023    Oxunub:1053
ABŞ prezidenti Co Baydenin dünənki bəyanatı ilə razılaşmayan HƏMAS hərəkatı, onun sözlərini gərginliyin daha da güclənməsinə və Fələstin xalqının əleyhinə yönəldilmiş təhrik adlandırıb.
AzVision.az “BBC” telekanalına istinadən xəbər verir ki, bəyanatda HƏMAS silahlılarının hücumunun Fələstin xalqının və İsrail həbsaxanalrındakı dustaqların, Yerusəlimdəki Əl-Əks məscidinin müdafiəsi, habelə İsrail təcavüzünün, blokadasının və işğalına son qoymaq üçün başlandığı vurğulanır.

Fələstin-İsrail münaqişəsində ABŞ-ni ikili standartlar siyasətində günahlandıran HƏMAS təmsilçiləri Ağ evi öz mövqeyini dəyişməyə çağırıblar.

Qeyd edək ki, bir gün əvvəl Co Bayden İsraili dəstəklədiyini və HƏMAS yaraqlılarının Fələstin xalqını müdafiə emədiyini, sadəcə ondan canlı qalxan kimi yararlandığını bildirib.
AzVision.az


Teqlər: HƏMAS   Bayden  





Xəbər lenti