Rusiya FTX: "ABŞ MDB ölkələrində vəziyyəti pozmaq üçün işlərə başlayıb"

     Rusiya FTX:    "ABŞ MDB ölkələrində vəziyyəti pozmaq üçün işlərə başlayıb"
  11 Oktyabr 2023    Oxunub:1034
ABŞ və onun müttəfiqləri MDB ölkələrində vəziyyəti pozmaq və mövcud inteqrasiya formatlarını: MDB, Avrasiya İqtisadi İttifaqı, KTMT və ŞƏT-i məhv etmək üçün genişmiqyaslı səylərə başlayıblar.
Bunu Rusiya Federal Təhlükəsizik Xidmətinin (FTX) direktoru Aleksandr Bortnikov onun sədrliyi ilə Bakıda keçirilən MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 53-cü iclasında deyib.

"Əvvəlki görüşümüzdən sonra beynəlxalq vəziyyət xeyli mürəkkəbləşdi ki, bu da MDB məkanında əsas problemlərin nəzərəçarpacaq dərəcədə kəskinləşməsi və yeni təhlükələrin formalaşması ilə nəticələndi. Amerika Birləşmiş Ştatları və onun müttəfiqləri Birlik ölkələrində vəziyyəti pozmaq, arzuolunmaz dövlətlərə sanksiya təzyiqi göstərmək, logistika marşrutlarını bağlamaq və yeni nəqliyyat dəhlizləri yaratmaq, bununla da qlobal iqtisadi böhranın mənfi nəticələrini artırmaq üçün genişmiqyaslı səylərə başlayıblar"-deyə, o bildirib.

Onun sözlərinə görə, kollektiv Qərb beynəlxalq hüququn müəyyən edilmiş normalarına etinasız yanaşaraq, MDB ölkələri ilə onların qonşuları arasında mövcud dostluq münasibətlərinə zərbə vuraraq, şantaj və müxalifləri qorxutmağın ən təsirli formalarını axtarır:

"Qərblilərin xüsusi səyləri nəzarətsiz dövlətlərarası birlikləri məhv etməyə və onların iştirakçılarını alternativ formatlara ayırmağa yönəlib ki, bu da qurulmuş ticarət, iqtisadi, siyasi, mədəni və tarixi əlaqələri kəsir".

İlkin Nəcəfzadə
AzVision.az





Teqlər:





Xəbər lenti