25 yaşlı qız kəndi HƏMAS-dan qorudu, qəhrəman elan edildi

 25 yaşlı qız kəndi HƏMAS-dan qorudu,  qəhrəman elan edildi
  11 Oktyabr 2023    Oxunub:1307
Qəzza zolağına yaxın bir bölgədə yerləşən Nir arm kəndində yaşayan 25 yaşlı İnbar Liberman HƏMAS-ın hücumundan sonra qəhrəman elan edilib.
Belə ki, kənddə təhlükəsizlik koordinatoru işləyən Liberman hücum barədə eşitdikdən sonra hərəkətə keçərək qonşularını təşkilandırıb. Kəndi mümkün qarşıdurmaya hazırlayan qadın 12 sakinə silah paylayıb və bəzi yerlərdə pusqular qurub.

Bir müddət sonra HƏMAS silahlılarının kəndə yaxınlaşması ilə qarşıdurma başlayıb. Təxminən 4 saat davam edən münaqişədə Liberman 5 HƏMAS yaraqlısını öldürüb, ümumilikdə 25-dən çox silahlını zərərsizləşdirib.

Gənc qadın hücumun şiddətini proqnozlaşdırdığı və hazırlıq gördüyü üçün təriflər almağa başlayıb. Onun uzaqgörənliyi sayəsində kəndin xilas edildiyi bildirilib. 2022-ci ilin dekabrından bu vəzifədə çalışan qadın çox sayda mülkünün də ölümünün qarşısını alıb.

Nir Ama yaxın kəndlərdən isə dəhşətli görüntülər yayılıb. Bir çox kəndlərdə xeyli vətəndaş öldürülüb.

İsrail mediası Libermana “qəhrəmanlıq medalı” verilməli olduğunu vurğulayıb.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti