İsrail 17 ildən sonra ilk dəfə "Çöl pələngi"ni istifadə etdi

 İsrail 17 ildən sonra ilk dəfə  "Çöl pələngi"ni istifadə etdi
  11 Oktyabr 2023    Oxunub:1157
2006-cı ildən bəri ilk dəfə olaraq İsrail Müdafiə Qüvvələri Qəzza zolağında HƏMAS-ın hədəflərinə zərbələr endirərkən M-270 MLRS-dən istifadə edib.
Bu barədə ordunun mətbuat xidmətinin rəsmi Telegram-kanalında dərc olunan bəyanatında deyilir. "2006-cı ildən bəri ilk dəfə olaraq M-270 MLRS Qəzza zolağında HƏMAS terror təşkilatının hərbi obyektlərinə zərbələr endirmək üçün istifadə edilib. Atış zamanı yüksək dəqiqlikli uzaqmənzilli "Lans" tipli raketlərdən istifadə edilib", - məlumatda deyilir.

Qeyd edək ki, ilk dəfə ABŞ tərəfindən istehsal olunan çox lüləli raketatan sistem orduda topçulara dəstək olmaq üçün istifadə olunur. Peyklə idarə olunan “M270” çoxatışlı raket sistemi bir dəqiqə ərzində 12 yer-yer raketi atır və 80 km radiusdakı hədəfləri yüksək dəqiqliklə vura bilir. Silahın ləqəbi "Çöl pələngi"dir.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: İsrail  





Xəbər lenti