Moskva metrosunda qatarlar toqquşdu - VİDEO

   Moskva metrosunda qatarlar toqquşdu    - VİDEO
  11 Oktyabr 2023    Oxunub:976
Moskva metrosunun Lyublinsko-Dmitrovskaya xəttinin “Peçatniki” stansiyasında iki qatar toqquşub.
AzVision.az xəbər verir ki, bu barədə Mash Telegram kanalı məlumat yayıb.

"İlkin məlumatlara görə 5 nəfər xəsarət alıb. Bunlar sürücü və gənc sərnişindir", - məlumatda deyilir.

Qeyd edilir ki, hazırda Lyublinodan Dubrovkaya qatarların hərəkəti dayandırılıb.

"Telegram 112" kanalının məlumatına görə isə, hadisə nəticəsində maşinist qatarların arasında sıxılmış vəziyyətdə qalıb. Həmçinin vurğulanır ki, ilkin versiyaya görə qəzaya səbəb qatarlardan birinin əyləcinin işləməməsidir.


Tural Tağıyev
AzVision.az



Teqlər: Metro   Moskva  





Xəbər lenti