Şəhrkürddə xəstəxanada 6 körpə ölüb

Şəhrkürddə xəstəxanada 6 körpə ölüb
  11 Oktyabr 2023    Oxunub:914
İranın Çəharmahal və Bəxtiyari vilayətinin mərkəzi olan Şəhrkürddəki Hacər xəstəxanasında 6 körpə vəfat edib.
AzVision.az İranın Ədliyyə orqanlarının yaydığı məlumata istinadən xəbər verir ki, Çaharmahal və Bəxtiyari əyalətinin baş və inqilabçı prokuroru Nəsrəddin bu 6 körpənin ölümünü araşdırmaq üçün xüsusi qrup yaradıldığını, Hacər xəstəxanasının və Tibb Elmləri universitetinin rəhbərliklərinin sorğu-suala çağırıldığını bildirib.

Prokuror körpələrin ölüm səbəbləri ilə bağlı rəsmi qurumların izahat verdiyini əlavə etsə də, məsələnin detallarını açıqlamayıb.

“Biz səlahiyyətli orqanlar, o cümlədən məhkəmə-tibbi ekspertizanın əməkdaşlığı ilə işi idarə etmək üçün xüsusi müstəntiqin yekun rəyini gözləyirik”, - Salehi deyib.

Son illərdə İran xəstəxanalarında körpələrin kütləvi ölümü ilə bağlı xəbərlərin yayıiması ilk dəfə deyil. 2015-ci ilin aprelində media Tehrandakı Xomeyni xəstəxanasının neonatal reanimasiya şöbəsində xəstəxana infeksiyası səbəbindən 9 körpənin öldüyünü xəbər vermişdi.

COVİD-19 epidemiyası zamanı təkcə Məşhəddəki bir xəstəxanada yüzdən çox uşaq bu virusdan öldü. 2018-ci ildə isə “İRNA” xəbər agentliyi Səhiyyə nazirliyinin rəsmisinə istinadən İranda hər il 10 mindən çox körpənin yoxsulluq səbəbindən öldüyünü açıqlayıb.
AzVision.az


Teqlər: Şəhrkürd   uşaqlar  





Xəbər lenti