Rusiya rəsmisi: İranla Rusiya arasında bank problemi həll olunmayıb

   Rusiya rəsmisi:    İranla Rusiya arasında bank  problemi həll olunmayıb
  11 Oktyabr 2023    Oxunub:1025
İran və Rusiya arasında bank əlaqələri probleminin hələ də öz həllini tapmaması ikitərəfli ticarətdə ən böyük problemdir.
AzVision.az xəbər verir ki, İran-Rusiya Biznes və İqtisadi şurasının rəhbəri Rəcəb Səfərov ikitərəfli bank münasibətlərində yaranmış problemə görə, “iki ölkənin iş adamlarının sərgərdan gəzdiyini” vurğulayıb.

Bir müddət əvvəl İranda geniş şəkildə reklam olunmasına baxmayaraq, Rusiyanın ikinci ən böyük bankı olan “VTB”nin rəhbəri bu bankın ikinci filialının İranda yaradılması xəbərini təkzib etmişdi.

Rusiyanın Ukraynaya qarşı müharibəyə başlamasından sonra “VTB” ABŞ və Avropa İttifaqı tərəfindən tamamilə sanksiyaya məruz qalan və Avropa ölkələrində fəaliyyətinə qadağa qoyulan Rusiya banklarından biridir.

İran son illərdə etibarlı qərb valyutaları ilə məşğul ola bilmədiyi üçün Rusiya ilə ticarətdə rubl və rialdan istifadə etməyə çalışıb. Bununla belə, idxal-ixrac dövriyyəsindəki böyük fərq milli valyutalar çərçivəsində ikitərəfli ticarət prosedurunu əngəlləyən əsas problemə çevrilib.
AzVision.az


Teqlər: İran   Rusiya  





Xəbər lenti