İranda güclü partlayış: 8 nəfər öldü

   İranda güclü partlayış:    8 nəfər öldü
  11 Oktyabr 2023    Oxunub:946
İranın cənub-şərqindəki Xuzistan əyalətində məişət qazının partlaması nəticəsində azı 8 nəfər həlak olub.
Bu barədə Tasnim agentliyi məlumat yayıb. Qeyd olunub ki, partlayış yerli vaxtla səhər saat 8 radələrində baş verib və nəticədə ev uçub.

Hadisə yerinə iki təcili yardım avtomobili göndərilib. Vurğulanıb ki, ikisi uşaq olmaqla azı dörd nəfər yaralanıb. Əyalətin Fövqəladə Hallar Xidmətinin nümayəndəsinin sözlərinə görə, partlayış güclü olduğu üçün ölənlərin sayının artması ehtimalı var.

AzVision.az


Teqlər:





Xəbər lenti