Amerikalı analitik: İsrail-Həmas müharibəsində İran faktoru danılmazdır

   Amerikalı analitik:    İsrail-Həmas müharibəsində İran faktoru danılmazdır
  11 Oktyabr 2023    Oxunub:947
Tehranın dəstəklədiyi “terror təşkilatları”nın heç biri İran rejiminin razılığı və “Bayden hökumətinin sakitləşməsi” olmadan Yaxın Şərqdə təxribat törətməyə qadir deyil.
AzVision.az xəbər verir ki, Vaşinqtondakı “Hadson” analitik mərkəzinin Yaxın Şərq üzrə baş analitiki Maykl Pargent “Wall Street Journal”ın hesabatına və SEPAH-ın bəzi komandirlərinin Livanda HƏMAS liderləri ilə görüşü iddiasını şərh edərkən belə fikir səsləndirib.

“Bizə yaşıl işıq yandırmaq və belə bir hücuma hazırlıqla bağlı sənədli dəlillərə ehtiyac yoxdur. Cünki bilirik ki, HƏMAS, Livan “Hizbullah”ı və Fələstində “İslami Cihad”ın imkanları İranın siyasətindən qaynaqlanır”, - amerikalı analitik deyib.

ABŞ Dövlət katibinin və Ağ evin Milli Təhlükəsizlik Şurasının sözçünün “İranın HƏMAS-ın İsrailə hücumlarına maliyyə dəstəyi üçün altı milyard dollardan istifadə etdiyini göstərən heç bir sənəd yoxdur” ifadəsini tənqid edən Pargent bildirib ki, İranın bu hücumu dəstəkləmək üçün bu 6 milyard dolları almağa ehtiyacı yoxdur. Çünki onlar faktiki olaraq daxildə xərcləyəcəkləri və terrorizmi digər mənbələrdən maliyyələşdirə biləcəkləri zəmanətli və yekun kredit götürüblər.

“Hazırkı ABŞ hökuməti İranın bu hücumdakı rolunu ört-basdır etmək istəyir. Amma hamı bilir ki, HƏMAS raket atmaq və ya qaçırmaq qabiliyyətinə malikdir və İranın bunda birbaşa rol oynaması vacib deyil. İsrail HƏMAS-ı təcrid etmək üçün Qəzzaya su və elektrik axınını bağlayır. HƏMAS isə nə Qəzza sakinlərini, nə də girovları azad etmir. Hamısını hücum olunacağı güman edilən yerlərdə saxlayır ki, İsrailin bu hücumlar insan tələfatı ilə nəticələnsin”, - Pargent vurğulayıb.

Onun fikrincə, ən nəhayət İran rejimi Livan “Hizbullah”ı, İraqın “Həşdi Şabi” və “Fatimiyun” kimi qruplarını və bütün ərəb ölkələrini daha geniş miqyasda cəlb edərək onları İsraillə sülh həqiqətindən uzaqlaşdıracaq və müharibəyə sürükləyəcək.
AzVision.az


Teqlər: Pargent   HƏMAS  





Xəbər lenti