Türkiyə Akkuyu AES-i 3-4 ilə tam şəkildə işə salmaq istəyir

  Türkiyə Akkuyu AES-i 3-4 ilə tam şəkildə işə salmaq istəyir
  11 Oktyabr 2023    Oxunub:866
Türkiyə Akkuyu Atom Elektrik Stansiyasını 3-4 il ərzində tam şəkildə işə salmağı gözləyir.
Bunu Türkiyənin energetika naziri Alparslan Bayraktar Rusiya Enerji Həftəsində çıxışı zamanı deyib. "Bizim niyyətimiz 2024-cü ildə ilk reaktordan elektrik enerjisi istehsal etməkdir. Ümid edirik ki, yaxın illərdə, yaxın 3-4 il ərzində biz bütün stansiyanı tam şəkildə işə salacağıq"-deyə, o bildirib.

Qeyd edək ki, “Akkuyu” Türkiyədə tikilməkdə olan ilk atom elektrik stansiyasıdır. Layihə Rusiya Federasiyası ilə Türkiyə arasında 2010-cu il mayın 12-də imzalanmış əməkdaşlıq haqqında hökumətlərarası saziş əsasında həyata keçirilir.

Stansiya Rusiya istehsalı olan “3+” nəsil VVER reaktorları olan dörd enerji blokundan ibarət olacaq. Hər bir enerji blokunun gücü 1,2 min MVt olacaq. AES istismara verildikdən və tam gücünə çatdıqdan sonra ildə təxminən 35 milyard kilovatsaata yaxın elektrik enerjisi istehsal edəcək. Bu günə qədər layihə tam şəkildə Rusiya tərəfi tərəfindən maliyyələşdirilir.

AzVision.az


Teqlər:





Xəbər lenti