"Qarabağ de-fakto və de-yure Azərbaycan torpağıdır" - Peskov

  "Qarabağ de-fakto və de-yure Azərbaycan torpağıdır" -  Peskov
  11 Oktyabr 2023    Oxunub:1438
Moskva və İrəvan Rusiya sülhməramlılarının Qarabağda olmasını müzakirə etməyiblər.
AzVision.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.

“Sülhməramlılar hazırda Azərbaycan ərazisindədirlər. Azərbaycanla Qarabağdakı Rusiya sülhməramlılarının gələcək taleyi müzakirə olunacaq”.

Peskov həmçinin Qarabağın de-fakto və de-yure Azərbaycan torpağı olduğunu qeyd edib.

Kreml nümayəndəsi Rusiya ilə Ermənistan arasında təmasların davam etdiriləcəyini də qeyd edib.

Qeyd edək ki, dünən Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya sülhməramlılarının Qarabağda qalıb-qalmaması məsələsinin onlardan asılı asılı olmadığını bildirmişdi.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti