London aeroportunda yanğın: Uçuşlar dayandırılıb

   London aeroportunda yanğın:    Uçuşlar dayandırılıb
  11 Oktyabr 2023    Oxunub:1046
Avtomobil dayanacağında baş verən güclü yanğın səbəbindən Londonun “Luton” aeroportunda bütün aviareyslər dayandırılıb.
Qeyd olunub ki, ikinci terminalda bəzi konstruksiyalar dağılıb. Yanğının söndürülməsinə ondan çox yanğınsöndürən maşın cəlb edilib. Beş nəfər tüstü zəhərlənməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

2022-ci ildə 13,3 milyon sərnişinə xidmət göstərən “Luton” aeroportu “Heathrow”, “Gatwick”, “Manchester” və “Stansted”dən sonra Böyük Britaniyanın ən böyük beşinci hava limanıdır.

AzVision.az


Teqlər: London   Yanğın  





Xəbər lenti