İsrail İslam Universitetinə zərbələr endirdi

   İsrail İslam Universitetinə zərbələr endirdi
  11 Oktyabr 2023    Oxunub:966
İsrail Müdafiə Qüvvələri Qəzza zolağının İslam Universitetinə zərbə endirdiyini bildirib.
“Bir müddət əvvəl İsrail Müdafiə Qüvvələrinin təyyarələri HƏMAS terror təşkilatının mühüm hərbi-siyasi mərkəzi olan Qəzzada İslam Universitetinə, habelə onların silah hazırladığı və istehsal etdiyi təhsil müəssisəsinə hücum edib.

İsrail Müdafiə Qüvvələri Qəzza zolağında genişmiqyaslı hücumları davam etdirir”, - ordunun mətbuat xidmətinin məlumatında deyilir.

Çərşənbə günü hərbi mətbuat xidməti Qəzzada Fələstinin HƏMAS radikal hərəkatının tərəfdarlarına məxsus hava müşahidə sisteminin məhv edildiyini açıqlayıb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti