İranda həbsdə olan Hüseyn Rəzzaqın xəstəxanaya göndərilməsinə imkan verilmir

İranda həbsdə olan Hüseyn Rəzzaqın xəstəxanaya göndərilməsinə imkan verilmir
  11 Oktyabr 2023    Oxunub:966
Evin həbsxanasının rəisi məhbus media fəalı Hseyn Rəzzaqın müalicə üçün xəstəxanaya göndərilməsinə mane olur.
AzVision.az xəbər verir ki, Rəzzaqın İnstagram hesabında belə məlumat yayılıb.

“Evin həbsxanasının rəisi bildirir ki, bu missiyanın həyata keçirilməsinin şərti həbsxana paltarının məcburi geyinilməsidir. Lakin Rəzzaq xəstəliyinin kəskin vəziyyətinə baxmayaraq, bu qeyri-qanuni məcburiyyətə boyun əymir”, - məlumatda deyilir.

Evin həbsxanasında cəza çəkən siyasi məhbus Hüseyn Rəzzaq bu ilin may ayında bir çox xəstəlikdən əziyyət çəkməsinə və etibarlı məhkəmə tibb həkimlərinin cəzaya dözmək üçün şəraitin olmadığı barədə açıq rəyinə baxmayaraq, Kəşfiyyat nazirliyinin əmri ilə yenidən həbsxanaya göndərilib. Məhkəmə-tibb həkiminin göstərişinə əsasən, o, vaxtaşırı və davamlı olaraq xəstəxanaya göndərilməli, mütəxəssis həkimə asan və tez müraciət etməlidir. Lakin bütün izləmələrə baxmayaraq, 5 aya yaxındır ki, mütəxəssis həkim tərəfindən göndərilmir.

Hökuməti tənqid edən media fəalı Hossein Razzak bu ilin aprelində yeni iş üzrə 4 ildən artıq həbs cəzası aldığını açıqlamışdı.
AzVision.az


Teqlər: Rəzzaq   həbs  





Xəbər lenti