İranın Apellyasiya məhkəməsi dörd bəhainin cəzasını qüvvədə saxlayıb

İranın Apellyasiya məhkəməsi dörd bəhainin cəzasını qüvvədə saxlayıb
  11 Oktyabr 2023    Oxunub:824
Aşağı məhkəmənin hökmünü qüvvədə saxlayan Tehran vilayətinin Apellyasiya məhkəməsi 4 Bəhai vətəndaşa ümumilikdə 12 il həbs cəzası verib.
AzVision.az “Hrana” İnsan Haqları agentliyinin məlumatına istinadən xəbər verir ki, bəhai vətəndaşlar Şadi Şəhidzadə 5 il, Ətaullah Zəfər və Vəliullah Qədmian hər biri 2 il, Mənsur Əmini isə 3 il müddətinə azadlıqdan məhrum ediliblər. Həmin şəxslər “ölkənin təhlükəsizliyini pozmaq məqsədi ilə qeyri-qanuni qrup və təşkilatlara üzvlükdə” ittiham olunurlar.

Bir həftə əvvəl daha bir bəhai vətəndaş Sanaz Təfzəlinin 10 il 9 ay həbs cəzasının təsdiqlənməsi xəbəri Apellyasiya məhkəməsi tərəfindən dərc edilib.

Ümummilli “Qadın, Həyat, Azadlıq” etirazları ilə yanaşı, dini azlıqların tanınmış simalarına qarşı ikiqat təzyiqlər də son bir ildə narazılıqların yatırılması prosesinin tərkib hissəsi olub.

Bu kontekstdə Dünya Bəhai bcması bu il avqustun sonunda “60 bəhai vətəndaşının” bir neçə həftə ərzində saxlanıldığını və ya həbs olunduğunu, daha “180 bəhai vətəndaşının” isə təhlükəsizlik qüvvələri tərəfindən təzyiqlərə məruz qaldığını elan edib.
AzVision.az


Teqlər: İran   bəhailər  





Xəbər lenti