Ceyhun Bayramov Bişkekə getdi

Ceyhun Bayramov Bişkekə getdi
  11 Oktyabr 2023    Oxunub:966
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti MDB Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək üçün Qırğız Respublikasının paytaxtı Bişkek şəhərinə yola düşüb.
Bu barədə AzVision.az -a Xarici İşlər Nazirliyindən məlumat verilib. Səfər çərçivəsində nazir Ceyhun Bayramovun MDB Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak və çıxışı, habelə iclasda iştirak edən digər dövlətlərin rəsmiləri ilə ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.

AzVision.az


Teqlər:





Xəbər lenti