Britaniyanın XİN rəhbəri İsrailə gedib

 Britaniyanın XİN rəhbəri İsrailə gedib
  11 Oktyabr 2023    Oxunub:1108
Böyük Britaniyanın XİN rəhbəri Ceyms Kleverli İsrailə gedib. Bu barədə Sky News telekanalı məlumat yayıb.
Bildirilib ki, onun səfəri bu gün baş tutub. İsrail Xarici İşlər Nazirliyinin məlumatına görə, Kleverli səfəri zamanı İsrail prezidenti İsax Hersoq, baş nazir Binyamin Netanyahu və xarici işlər naziri Eli Koen ilə görüşəcək.

Haaretz nəşri yazır ki, sabah ABŞ-ın dövlət katibi Entoni Blinken ölkəyə səfər edəcək.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti