İran XİN: Aİ və Fars Körfəzi Əməkdaşlıq Şurasının İranla bağlı bəyanatını əsassızdır

   İran XİN:    Aİ və Fars Körfəzi Əməkdaşlıq Şurasının İranla bağlı bəyanatını əsassızdır
  11 Oktyabr 2023    Oxunub:1102
İranın Xarici İşlər nazirliyi Avropa İttifaqı ilə Fars Körfəzi Əməkdaşlıq Şurasının İranla bağlı son bəyanatını “əsassız” adlandırıb.
AzVision.az xəbər verir ki, İranın Xarici İşlər nazirliyinin sözçüsü Nasir Kənani Əbu Musa, Böyük Tunb və Kiçik Tunb adlanan üç adanın İran ərazisinin ayrılmaz və əbədi hissəsi olduğunu bildirib.

İranın nüvə və hərbi fəaliyyətləri ilə bağlı məsələyə gəldikdə isə, Kənani Tehranın “hüquq və vəzifələr çərçivəsində öz beynəlxalq qanun və öhdəliklərinə həmişə riayət və Hərtərəfli Təminatlar sazişi əsasında MAQATE ilə konstruktiv əməkdaşlığını davam etdirdiyini söyləyib.

Bir neçə gün əvvəl Aİ-yə və Fars Körfəzi Əməkdaşlıq Şurasına üzv ölkələrin Xarici İşlər nazirlərinin birgə bəyanatında İranın nüvə proqramının “sülhpərvər” mahiyyətinə zəmanət vermək üçün İranın MAQATE ilə hərtərəfli əməkdaşlığını istəyiblər.

Fars Körfəzi Əməkdaşlıq Şurası isə üç ada ilə bağlı mübahisəsinin beynəlxalq hüquq və ya Beynəlxalq Ədalət məhkəməsi əsasında ikitərəfli danışıqlar müsəvisində sülh dinc yolla həllinə nail olunması üçün BƏƏ-nin tələbini dəfələrlə dəstəkləyib.

Amma mütəmadi şəkildə üç ada ilə bağlı bəyanatlara sərt reaksiya verən İran bi təkilfləri pisləyib.
AzVision.az


Teqlər: Kənani   adalar  





Xəbər lenti