Putin: "Dünya iqtisadiyyatı çoxqütblü modelə keçib"

   Putin:    "Dünya iqtisadiyyatı çoxqütblü modelə keçib"
  11 Oktyabr 2023    Oxunub:1041
Dünya iqtisadiyyatı çoxqütblü modelə keçib.
AzVision.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Rusiya Enerji Həftəsinin plenar iclasında deyib.

Rusiya lideri çıxışında ölkəsindən və xaricdən olan ekspertlərin qatıldığı qlobal enerjinin tendensiyalarını və perspektivlərini birgə müzakirə edə biləcəyi forumun əhəmiyyətini qeyd edib.

“Bu, dünya iqtisadiyyatının bir neçə artım mərkəzinin olduğu çoxqütblü modelə keçdiyi, hər bir ölkənin rolu və əhəmiyyətinin onun bu dərin, geri dönməz prosesləri necə qavraması ilə müəyyən edildiyi gündə xüsusilə vacibdir”, - Putin bildirib.

Tural Tağıyev
AzVision.az



Teqlər: Putin  





Xəbər lenti