İranın Təhsil nazirliyi uşaq bağçalarında “xarici dil tədrisi” ni qadağan edib

İranın Təhsil nazirliyi uşaq bağçalarında    “xarici dil tədrisi”   ni qadağan edib
  11 Oktyabr 2023    Oxunub:1088
Bundan sonra İranın uşaq bağçalarında yalnız Milli Uşaq təhsili və təlimi təşkilatının təqdim etdiyi “7 yaşından kiçik uşaqlar üçün xüsusi təhsil və təlim paketləri”ndən istifadə olunmasına icazə verilir və xarici dillərin tədrisinə qadağa qoyulur.
AzVision.az xəbər verir ki, Təhsil nazirliyinə bağlı Milli Uşaq tədrisi və təlimi təşkilatı belə məlumat yayıb.
“İSNA” agentliyi isə bildirib ki, bu paketlər cari tədris ilinin meyarları olmalıdır. Əgər uşaq bağçaları “təsdiqlənməmiş məzmun və paketlərdən” istifadə edərlərsə, onların “qayda pozuntuları” Uşaq təhsilinin planlaşdırılması və nəzarəti üzrə Əyalət Şurasına göndəriləcək.

Həmin qurum öz təlimatlarında yeddi yaşından kiçik uşaqlar üçün bu təhsil mərkəzlərində xarici dillərin tədrisindən yayınmağı da “tövsiyə edir” . Lakin bu qadağaya nəzarətin Təhsil başi idarəsində “müvafiq bölmə”nin üzərinə düşdüyü vurğulanır.

“Milli və islami kimliyin ünsürləri, xüsusilə də fars dili və ədəbiyyatını öyrənmənin təməli, gücləndirilməsi və asanlaşdırılması” prisnsipinə söykənən Milli Uşaq təhsili və təlimi təşkilatı uşaqlar üçün təhsil və təlim paketlərinin “elmi tapıntılar və İslam təhsili və təlimi əsasında” tərtib edildiyini açqılayıb.
AzVision.az


Teqlər: İran   bağçalar  





Xəbər lenti