Ermənistanda zəlzələ olub

   Ermənistanda zəlzələ olub
  11 Oktyabr 2023    Oxunub:969
Ermənistanda zəlzələ baş verib. Bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin Xilasetmə Xidməti məlumat yayıb.
Yeraltı təkanlar yerli vaxtla saat 16:00-da Azərbaycanla sərhəddə yerləşən Cermuk şəhərindən 18 km şimalda qeydə alınıb.

Yeraltı təkanların mənbəyi 10 km dərinlikdə, maqnitudası 3 olub. Episentrdə zəlzələnin gücü 4 bal göstərib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti