Qəzza zolağının elektrik stansiyası kəsildi

   Qəzza zolağının elektrik stansiyası kəsildi
  11 Oktyabr 2023    Oxunub:865
Qəzza zolağının elektrik stansiyası saat 15:00 radələrində fəaliyyətini dayandırıb.
NEWSru.co.xəbər verir ki, özəl generatorlar istisna olmaqla, zolaq elektriksiz qalıb.

Xatırladaq ki, HƏMAS-ın İsrailin yaşayış məntəqələrini atəşə tutmasından bir gün sonra energetika naziri İsrael Katz zolağa elektrik enerjisinin verilməsinin dayandırılması barədə göstəriş vermişdi.

Qəzzanın yeganə elektrik stansiyası dizellə işləyir və onun rəhbərliyi yanacaq ehtiyatlarının tükəndiyi barədə xəbərdarlıq etmişdi.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti