"Putinlə Paşinyanın müzakirə edəcəyi mövzular var" - Yuri Uşakov

   "Putinlə Paşinyanın müzakirə edəcəyi mövzular var" -    Yuri Uşakov
  11 Oktyabr 2023    Oxunub:1499
Kreml Ermənistanın baş naziri Nikol Paşinyanın MDB-nin Bişkek sammitində iştirak etməməsinin səbəblərindən xəbərdardır.
AzVision.az xəbər verir ki, bunu jurnalistlərə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.

“Ermənistanın baş naziri Paşinyan müəyyən şərtlərə görə iştirak etməyəcək”, - deyə o bildirib.

Uşakovun sözlərinə görə, əgər Paşinyan MDB sammitinə gəlsəydi, Rusiya prezidenti Vladimir Putinlə onun arasında görüş təşkil olunacaqdı.

Eyni zamanda, Yuri Uşakov vurğulayıb ki, Rusiya ilə Ermənistan arasında təmaslar davam edəcək, tərəflərin müzakirə edəcəyi çox şey var.

O bildirib ki, iki lider arasında son söhbətlər zamanı “bəzi substanviv məqamlar” olub.

AzVision.az


Teqlər:





Xəbər lenti