"Azərbaycan Türkiyədəki qaz qovşağına maraq göstərir" - Putin

   "Azərbaycan Türkiyədəki qaz qovşağına maraq göstərir" -    Putin
  11 Oktyabr 2023    Oxunub:921
"Azərbaycan Türkiyədəki qaz qovşağına maraq göstərir".
AzVision.az xəbər verir ki, bunu prezident Vladimir Putin “Rusiya enerji həftəsi”nin plenar iclasında deyib.

Onun sözlərinə görə, Türkiyədə qaz qovşağı layihəsi birinci mərhələdə qazın Avropaya ticarəti üçün elektron platformanın yaradılmasını nəzərdə tutur.

"Avropada Rusiya resurslarını əldə etmək istəyən hər kəs bu layihə ilə maraqlanır, Azərbaycan da qaz qovşağına maraq göstərir. Türkiyə maraqlıdır, biz də maraqlanırıq, Azərbaycanla danışdıq, o da maraq göstərir. Sonra iş yaxşılaşdıqca, ümid edirəm ki, olacaq, digər maraqlı dövlətlərin də işə qarışacağını gözləyirik", - Putin bildirib.

AzVision.az


Teqlər:





Xəbər lenti