İsrail Qəzza zolağındakı əməliyyatın hədəflərini açıqlayıb

İsrail Qəzza zolağındakı əməliyyatın hədəflərini açıqlayıb
  11 Oktyabr 2023    Oxunub:1169
"Qəzza zolağında hərbi əməliyyatın əsas məqsədi İsrail ərazisində terror hücumlarının bütün mümkün ssenarilərinin qarşısını almaqdır".
AzVision.az xəbər verir ki, bunu İsrailin Xarici İşlər Nazirliyinin sözçüsü Lior Ben-Dor RİA Novosti-yə müsahibəsində qeyd edib.

Departamentin nümayəndəsi qeyd edib ki, Fələstinlə danışıqları yalnız əməliyyatın məqsədlərinə nail olduqdan sonra bərpa etmək olar.

“Hərbi əməliyyatın məqsədləri İsrail ərazisində terror hücumlarının bütün mümkün ssenarilərinin qarşısını almaq, təhdidləri aradan qaldırmaq və uzun illər ölkəmizdə təhlükəsizliyi təmin etməkdir”.

Lior Ben-Dor həmçinin bildirib ki, İsrail həm iqtisadi, həm də siyasi baxımdan uzun müharibəyə hazırdır. Onun sözlərinə görə, İsrail bütün məqsədlərə çatmaq üçün müharibəni davam etdirmək əzmindədir.

AzVision.az



Teqlər:





Xəbər lenti