"ABŞ Ukrayna və İsrailə hərbi dəstəyi davam etdirəcək" - Pentaqon rəhbəri

   "ABŞ Ukrayna və İsrailə hərbi dəstəyi davam etdirəcək" -    Pentaqon rəhbəri
  11 Oktyabr 2023    Oxunub:1055
"ABŞ hökuməti Ukrayna və İsrailə hərbi dəstək verə bilər və göstərəcək".
AzVision.az TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın müdafiə naziri Lloyd Ostin Brüsseldə mətbuat konfransı zamanı bildirib.

O, Kiyevə yardım göstərmək üçün Qərb dövlətlərinin bir neçə koalisiyasının yaradıldığını bəyan edib. Müdafiə naziri qeyd edib ki, ABŞ Ukraynanın Hərbi Hava Qüvvələrini inkişaf etdirmək üçün koalisiyalardan birinə rəhbərlik edəcək. Onun sözlərinə görə, işin əsas hissəsi F-16 qırıcılarının Ukrayna Silahlı Qüvvələrinə (AFU) təhvil verilməsi olacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti