Pentaqon Ukraynanın F-16 qırıcılarını alacağı vaxtı açıqlayıb

Pentaqon Ukraynanın F-16 qırıcılarını alacağı vaxtı açıqlayıb
  11 Oktyabr 2023    Oxunub:1070
Ukrayna Silahlı Qüvvələri (AFU) F-16 qırıcı təyyarələrini 2024-cü ilin yazında alacaq.
AzVision.az TASS-a istinadən xəbər verir ki, bunu ABŞ-ın müdafiə naziri Lloyd Ostin mətbuat konfransı zamanı deyib.

Pentaqonun rəhbəri qeyd edib ki, Amerika hakimiyyətinin nümayəndələri əvvəllər qırıcıların Kiyevə ixracı ilə bağlı proqnozlar veriblər. Onların sözlərinə görə, bu, aylar çəkəcək.

Ostin F-16-ların döyüş bölgələrinə yerləşdirilməsinə toxunaraq, "İlk imkanları görə biləcəyimiz ən erkən vaxt gələn yazdır" deyə qeyd edib. O, həmçinin əlavə edib ki, hazırda ukraynalı pilotlar döyüş təyyarələrini idarə etmək üçün təlimlər keçir.

AzVision.az


Teqlər:





Xəbər lenti