Stoltenberq: "Rusiya qışdan silah kimi istifadə etməyə hazırlaşır"

      Stoltenberq:    "Rusiya qışdan silah kimi istifadə etməyə hazırlaşır"
  11 Oktyabr 2023    Oxunub:1641
“Rusiya Ukraynanın infrastrukturuna hücumlarını sürətləndirir və yenidən qışdan silah kimi istifadə etməyə hazırlaşır”.
AzVision.az xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq deyib.

Belçika və Danimarkanın Ukraynaya F-16 döyüş təyyarələri verəcəyini bildirən Stoltenberq qeyd edib ki, Kanada on milyonlarla dollar dəyərində qış geyimləri və avadanlıq hədiyyə edəcək.

"Almaniya Patriot və IRIS-T hava hücumundan müdafiə sistemləri ilə bağlı 1 milyard avroluq paket açıqlayıb. Britaniya daha çox hava hücumundan müdafiə və minalardan təmizləmə texnikası üçün 100 milyon avrodan çox vəsait ayırır. ABŞ 200 milyon dollardan çox dəyərdə hava hücumundan müdafiə, artilleriya və raket sursatları verəcək".

NATO-Ukrayna Şurası iclasını keçirdiklərini bildirən Stoltenberq qeyd edib ki, bu Vilnüs sammitində Ukraynanı NATO-ya yaxınlaşdırmaq üçün qəbul etdikləri üç tarixi qərardan biri idi. “Üzvlük Fəaliyyət Planı tələbini aradan qaldırmaqla, biz Ukraynanı alyansa bir addım yaxınlaşdırdıq və Ukrayna Silahlı Qüvvələrini gələcəkdə NATO müttəfiqləri ilə tam qarşılıqlı fəaliyyət göstərəcək proqram üzərində razılığa gəldik”.

AzVision.az


Teqlər:





Xəbər lenti