"İsrailin özünü müdafiə etmək hüququ var" - NATO-nun baş katibi

   "İsrailin özünü müdafiə etmək hüququ var" -    NATO-nun baş katibi
  11 Oktyabr 2023    Oxunub:1387
"İsrailin özünü müdafiə etmək hüququ var. Onlar ötən həftə sonu dəhşətli terror hücumlarına məruz qalıb və çoxlu sayda mülki şəxs həlak olub".
AzVision.az xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq deyib. O, İsrailin terror hücumlarına mütənasib şəkildə cavab verəcəyinə və günahsız mülki insanlara zərər verməyəcəyinə ümid etdiyini bildirib.

“Düşünürəm ki, bu həm də mühüm mesajdır ki, İsrailə düşmən olan hər hansı bir millət və ya təşkilat bu vəziyyətdən istifadə etməyə çalışmamalıdır. Məsələn, ABŞ bu münaqişənin böyüməsinin qarşısını almaq üçün aydın mesaj vermək məqsədilə bölgədəki hərbi varlığını artırıb".

AzVision.az


Teqlər:





Xəbər lenti