Blinken İsrailə səfərə yola düşüb

   Blinken İsrailə səfərə yola düşüb
  12 Oktyabr 2023    Oxunub:1078
ABŞ dövlət katibi Entoni Blinken İsrailə səfərə yola düşüb.
Bu barədə “The Times of Israel” məlumat yayıb. Dövlət katibi yəhudi dövlətinə getməzdən əvvəl deyib ki, ABŞ İsrail xalqının yanındadır: “Sabah onları dəstəkləyəcəyik. Biz onlara hər gün dəstək olacağıq”.

Blinkenin İsrailə səfərini Dövlət Departamentinin sözçüsü Metyu Miller də açıqlayıb. Onun sözlərinə görə, dövlət katibi İsraildə yerli hakimiyyət nümayəndələri ilə görüşməli və Vaşinqtonun bu ölkəyə yardımını müzakirə etməlidir.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti