NYT: İranın HƏMAS-ın hücumundan xəbəri olmayıb

      NYT:    İranın HƏMAS-ın hücumundan xəbəri olmayıb
  12 Oktyabr 2023    Oxunub:996
İranın Fələstinin radikal HƏMAS hərəkatının İsrailə qarşı gözlənilən hücumundan xəbəri olmayıb.
Bu barədə “The New York Times” Amerika kəşfiyyatının məlumatlarına istinadən xəbər verir. Bir sıra ABŞ rəsmiləri bildiriblər ki, bu məlumatlar Vaşinqtonun İranın İsrailə hücumun planlaşdırılmasında birbaşa rol oynamasına dair şübhələrini gücləndirib. Bunun üçün isə heç bir sübut tapılmadı.

ABŞ rəsmiləri bildiriblər ki, kəşfiyyat rəsmiləri HƏMAS hücumunda İranın və ya digər hökumətin mümkün iştirakını araşdırmaqda davam edir.

NYT-nin məlumatına görə, İran uzun illər HƏMAS-a böyük miqdarda silah və dəstək verib. Xüsusilə, radikal hərəkatın raket yaratmaq üçün istifadə etdiyi komponentlərin əksəriyyəti İrandan gəlir və daha sonra Sinay yarımadası vasitəsilə Qəzza zolağına aparan yeraltı tunellərə keçirilir. ABŞ hesab edir ki, buna görə Tehranı Fələstin yaraqlılarının şəriki adlandırmaq olar, lakin yenə də bu, birbaşa iştirak və hücum planlaşdırmaq demək deyil.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti