İsrail ordusu HƏMAS-ın daha bir yüksək rütbəlisini öldürdü

   İsrail ordusu HƏMAS-ın daha bir yüksək rütbəlisini öldürdü
  12 Oktyabr 2023    Oxunub:861
İsrail Müdafiə Qüvvələri HƏMAS-ın daha bir yüksək rütbəli üzvü Məhəmməd Əbu Şamalı öldürüb. Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
“İsrail Müdafiə Qüvvələrinin təyyarələri HƏMAS terrorçularının dəniz qüvvələrinə rəhbərlik edən Məhəmməd Əbu Şamala zərbələr endirib. Onun evi suda fəaliyyət göstərən silahlıların istifadə etdiyi və İsrailə qarşı terror üçün nəzərdə tutulan silahların saxlanması üçün anbar kimi istifadə edilib”, - hərbçilərin rəsmi Telegram kanalında dərc olunan məlumatda deyilir.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti