HƏMAS MOSSAD-ı necə aldatdı? Sosial mediada "Çin" iddiaları səsləndirilir

      HƏMAS MOSSAD-ı necə aldatdı?    Sosial mediada "Çin" iddiaları səsləndirilir
  12 Oktyabr 2023    Oxunub:1320
Oktyabrın 7-də səhər saatlarında HƏMAS-ın silahlı qanadı İzzəddin əl-Qəssam quplarının İsrailə qarşı sürpriz və hərtərəfli hücumundan sonra bir çox sual tez-tez səsləndirir: "Niyə İsrail HƏMAS hücumunu qabaqcadan görə bilmədi?". Sual birinci gəlsə də, mövzu ilə bağlı təhlillərlə yanaşı, sui-qəsd nəzəriyyələri də qeyd edilir. Sosial mediada yayılan iddialardan birində isə “Çin” detalı səsləndirilir. Bu isə ağıllara Çin və ABŞ arasındakı texnologiya müharibəsini yada salır.
HƏMAS-ın sarsıdıcı əməliyyatından sonra İsrailin kəşfiyyat zəifliyi dünya gündəminin əsas mövzularından birinə çevrilib. İsrail mətbuatı baş verənlərə görə İsrail siyasətini və ordusunu hədəfə alıb. Lakin Yom Kippur müharibəsinin 50-ci ildönümündə baş verən hadisə kəşfiyyat sisteminin çökməsi kimi şərh edilib.

HƏMAS-ın əməliyyatdan əvvəl "Huawei" telefon sistemləri ilə əlaqəsini təmin etdiyi və bununla da kəşfiyyat maneəsini aşdığı iddiası isə böyük əks-səda doğurub.

Aimen Dean adlı keçmiş MI6 agenti X-də aşağıdakıları dərc edib: “Soruşulur: İsrail təhlükəsizlik və kəşfiyyat agentlikləri ilə HƏMAS-ın İsrailə qarşı hücum planlarını necə aşkar edə bilmədi? Qismən cavab: Huawei! Bəli, son 30 ay ərzində HƏMAS liderləri və yaraqlıları "Huawei" telefonları, planşetləri və noutbuklarından istifadə ediblər”.



Dean başqa bir bir yazısında xatırlatma edib ki, "Google" və digər ABŞ texnologiya şirkətləri "Huawei"i öz əməliyyat sistemlərindən istifadə etməyə icazə vermirlər. Bu qadağa "Huawei"ni sındırmaq asan olmayan öz sistemini inkişaf etdirməyə məcbur edib.

DaiWW adlı istifadəçi X-də "ABŞ-ın "Huawei"dən niyə bu qədər nifrət etdiyini indi anlaya bilərik" şərhini yazıb: "Görünür, HƏMAS liderləri Qərb kəşfiyyat agentliklərinin dinləmələrinin qarşısını almaq üçün "Huawei" telefonlarından istifadə ediblər. CIA qarşısında məxfiliyinizi ifşa etmək istəmirsinizsə, "Huawei" telefonu alın".

Pepe Escobar adlı istifadəçi də “Mossad indi "Huawei"i günahlandırır. HƏMAS Qərbin arxa qapısı olmayan "Huawei" smartfonlarından istifadə edib” şərhini yazıb.

Sözügedən iddia və sosial media istifadəçilərinin paylaşımları ABŞ və Çin arasında yüksək texnologiya müharibəsini yada salıb.



ABŞ Çini "Huawei" və ZTE telekommunikasiya şirkətləri vasitəsilə müxtəlif ölkələrdə kəşfiyyat fəaliyyətlərini dəstəkləməkdə ittiham edir. Çin də iddia edir ki, ABŞ onların yüksək texnologiyalar sahəsindəki inkişaflarına mane olmağa çalışır. Digər tərəfdən Avropa İttifaqı (Aİ) həmçinin daxili telekommunikasiya şəbəkələrində Çinin "Huawei" və ZTE şirkətlərinə qadağa qoyacaq.

Ağ Evin Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi iyunun 13-də verdiyi açıqlamada bildirmişdi ki, Çinin Kubada və yarımkürənin başqa yerlərində bəzi kəşfiyyat məlumatlarının toplanması imkanları əldə etməyə çalışması yeni bir hadisə deyil.

Çin Xarici İşlər Nazirliyindən verilən açıqlamada onların Kubada casusluq fəaliyyəti ilə məşğul olduqlarına dair iddialar rədd edilsə də, ölkənin Vaşinqtondakı səfirliyindən məsələ ilə bağlı şərh verilməmişdi. Kuba xarici işlər nazirinin müavini Karlos Fernandez de Kossio mətbuata verdiyi açıqlamada Çinin ABŞ-la bağlı casusluq fəaliyyətləri həyata keçirmək üçün öz ölkəsində baza yaratmaqdan ötrü Havana rəhbərliyi ilə prinsipial razılığa gəldiyi iddialarını rədd edib.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti