ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edə bilər

ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edə bilər
  12 Oktyabr 2023    Oxunub:980
HƏMAS-ın İsrailə hücumuna görə İrana qarşı yeni sanksiyaların tətbiqi istisna olunmur.
AzVision.az xəbər verir ki, ABŞ-nin Maliyyə naziri Janet Yellen Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun Mərakeşdə keçirilən illik toplantısı çərçivəsində jurnalistlərə açıqlamasında belə fikir səsləndirib.

Yellen bildirib ki, hələlik yekun qərar qəbul olunmasa da, İrana sanksiya tətbiq etmək üçün bütün variantlar masadadır.

Amerikalı məmur, həmçinin keçən ay İranın Cənubi Koreyadakı aktivlərindən 6 milyard dolların sərbəst buraxılması ilə Tehranın HƏMAS-ın İsrailə hücumunu maliyyələşdirməsi arasında əlaqə ilə bağlı fərziyyələri də rədd edib. Onun iddiasına görə, bu resurslar Qətərdə “toxunulmamış” qalır və İrana bu məbləğdən yalnız “humanitar vasitələr” almaq üçün istifadə etməyə icazə verilir.

Qeyd edək ki, Co Bayden administrasiyası son günlər İranın HƏMAS-ın İsrailə hücumunda birbaşa iştirakına dair hələ də heç bir dəlil-sübut olmadığını dəfələrlə vurğulayıb.
AzVision.az


Teqlər: İran   Yellen  





Xəbər lenti