"İsrail İranla müharibə etmək niyyətində deyil" - Səfir

  "İsrail İranla müharibə etmək niyyətində deyil" -    Səfir
  12 Oktyabr 2023    Oxunub:1018
İsrail İranla müharibə etmək niyyətində deyil
AzVision.az TASS-a istinadən xəbər verir ki, bunun İsrailin Rusiyadakı səfiri Aleksandr Ben Zvi brifinqdə deyib.

“Biz İrana qarşı müharibəyə başlamaq fikrində deyilik”, – deyə səfir qeyd edib.

O, həmçinin bildirib ki, İsrail hökuməti hazırda girovların azad edilməsi ilə bağlı HƏMAS hərəkatının nümayəndələri ilə danışıqlar aparmır. Diplomat qeyd edib ki, Təl-Əviv ilk növbədə vəziyyətlə bağlı daha çox məlumat toplamalıdır. Xüsusilə, bu, əsir götürülən insanların sayına və vəziyyətinə aiddir.

“Orada çoxlu qadın və uşaq var. Bütün bunları hansısa yolla aşkar etmək lazımdır”, – deyə səfir bildirib.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti