Bayden: ABŞ donanmasının İsrail yaxınlığında yerləşdirilməsi İrana mesajdır
Çıxışında ölkəsinin İsrailə sadiqliyini vurğulayan Bayden, Amerikanın İsrailin yanında olduğunu diqqətə çatdırıb.
ABŞ prezidenti HƏMAS-ın İsrailə qarşı hücumlarına cavab olaraq Aralıq dənizi və regionda Amerika hərbi qüvvələrinin yerləşdirilməsinə eyham vuraraq Vaşinqtonun iranlılara diqqətli olmalarını açıq şəkildə söylədiyini deyib.
Həmçinin, bu gün səhər saatlarında İsrailin keçmiş baş naziri və hazırda ölkə müxalifətinin liderlərindən biri Yair Lapid Fransa prezidenti Emmanuel Makronun İrana İsrail-HƏMAS müharibəsinə qarışmamaq üçün mesaj göndərdiyini bildirib.
AzVision.az