Almaniyada HƏMAS-ın fəaliyyəti qadağan olunacaq

   Almaniyada HƏMAS-ın fəaliyyəti qadağan olunacaq
  12 Oktyabr 2023    Oxunub:797
Almaniya kansleri Olaf Şolts HƏMAS-ın İsraildə həyata keçirdiyi hücumları şiddətlə qınamaqla yanaşı, Almaniyada HƏMAS və eləcə də Fələstin Məhbuslarının Həmrəylik Şəbəkəsi "Samidoun" dərnəyinin fəaliyyətinin qadağan ediləcəyini açıqlayıb.
AzVision.az xəbər verir ki, Bundestaqda hökumət bəyanatı verən kansler İsrailin yanında olduqlarını və İsrail dövlətinin özünü müdafiə etmək hüququna malik olduğunu vurğulayıb.

Şolts ötən şənbə günü İsraildən gələn görüntülərin və qətliamların qeyri-insani olduğunu bildirib. Kansler bu hücumlar zamanı İranın HƏMAS-ı dəstəklədiyinə dair əllərində heç bir dəlil olmadığını bildirsə də, İsrailə hücum etməyin bağışlanmaz səhv olacağı barədə də xəbərdarlıq edib.

Şolts Fələstin rəhbərliyinin susqunluğunun utancverici olduğunu deyib. O, iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi layihələri çərçivəsində Fələstinə edilən yardımların da nəzərdən keçiriləcəyini və nəticə əldə olunana qədər onların dayandırılacağını açıqlayıb.

Kansler bəzi bölgələrində, xüsusən də Berlində keçirilən anti-İsrail nümayişlərini sərt şəkildə tənqid edib. İsrail bayrağının yandırılması cinayət olduğunu deyən Şolts bu və buna bənzər cinayətləri törədənlərin layiq olduqları cəzanı alması üçün təcili tədbir görülməsini istəyib. Onun sözlərinə görə, Almaniyada daxili kəşfiyyata cavabdeh olan Federal Konstitusiya Mühafizəsi Agentliyinin məlumatlarına əsasən, HƏMAS-ı dəstəkləyən 450-yə yaxın adam var ki, onların da əksəriyyəti Almaniya vətəndaşıdır.

AzVision.az


Teqlər:





Xəbər lenti